Həzi Aslanov metrosuna cəmi 600 metr məsafədə yerləşən 17 mərtəbəli yeni tikili binanın 14-cü mərtəbəsində ümumi sahəsi 126 m² olan tam təmirli və Dəniz mənzərəli mənzil satılır. Mənzil qanuni 3 otaqlıdır və təmirdən sonra qısa müddət yaşayış olub. Mənzil fotolarda görünən əşyalarla birlikdə satılır, yalnız elektronika götürüləcək. Binanın 3 mərtəbəli yeraltı avtomobil dayanacağı, uşaqlar üçün xüsusi oyun meydançası və 2 sürətli lifti var. Qeyd edək ki, binanın həyəti avtomobillərin girişinə qapalıdır. Binanın alt hissəsində müxtəlif restoranlar, kafelər və digər zəruri iaşə və xidmət obyektləri yerləşir. Mənzilin sənədi çıxarışdır (kupça) və ipotekaya yararlıdır. Qiymət 335.000 AZN təşkil edir. Ofis haqqı 1%-dir.